“Zirə” “Omoniya” ilə oyuna yeni oyunçu ilə çıxacaq?

19.08.2024 19:54 452
Ölkə futbolu / Manşet
“Zirə” Konfrans Liqasında daha bir çətin sınaq ərəfəsindədi.

Komanda açıq-aşkar güclənməyə ehtiyac duyut. Baş məşqçi Rəşad Sadıqov da mətbuat konfransında “yeni oyunçu transfer etməyi düşünürük” demişdi. Bəs “qartallar” “Omoniya” ilə oyuna qədər yeni futbolçu transfer edəcəkmi?

Klubun meneceri Elman Himayətoğlu “Football-plus.az”a açıqlamasında bu sözləri dedi:
“Baş məşqçimiz bununla bağlı açıqlama vermişdi əslində. Heyəti genişləndirmək məqsədi ilə bir transfer etmək fikrimiz var. Amma hələ dəqiq nəsə demək mümkün deyil”.

RÖYANƏ OĞUZ