Papunaşvili “Zirə”də? – klub rəsmisi açıqladı

1.08.2024 10:43 473
Aktual / Ölkə futbolu
“Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “DAK 1904” ilə qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, Bakıda keçirilən ilk oyunda rəqibini darmadağın edən qəsəbə təmsilçisi ilə bağlı yeni transfer xəbərləri yayılıb. Söhbət ötən mövsümün sonunda “Kəpəz”dən ayrılan Georgi Papunaşvilidən gedir. “Qartallar” gürcüstanlı futbolçunu heyətinə cəlb etməkdə maraqlıdı. Bu barədə daha ətraflı məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə əlaqə saxladıq:

“Bilindiyi kimi, hazırda bütün diqqətimizi “DAK 1904”lə oyuna yönəltmişik. Hər hansı bir transfer olacağı, müqavilə bağlanılacağı təqdirdə məlumat verəcəyik”.

KAMAL SƏFƏR