Almaniya klubunda yeni müqavilə

15.04.2024 13:35 147
Dünya futbolu
“Bavariya” Aleksandr Nübel ilə müqaviləni yeniləyib.

Almaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 27 yaşlı qapıçı ilə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Hazırda icarə əsasında “Ştutqart”da çıxış edan alman qolkiper daha iki mövsüm bu komandada oynayacaq.

2020-ci ildə “Şalke-04”dən “Bavariya”ya keçən Aleksandr daha əvvəl icarə əsasında “Monako”da çıxış edib.