"Liverpul" İngiltərə premyer-liqasının 11-ci turunda "Mançester Siti"ni məğlub edib.
"Football-plus.az" xəbər verir ki, Mersisayd təmsilçisinin qolunu vuran Məhəmməd Salah yeni uğura imza atıb.
Misirli futbolçu "Liverpul"la 121-ci qolunu vurub və bu göstəricidə klubun əfsanəvi futbolçularından olan Stiven Cerrardı (120 qol) geridə qoyub. Salah klub tarixinin ən çox qol vuran 2-ci futbolçusu olub.
"Liverpul" tarixinin bombardiri Robbi Foulerdir. Sabiq forvard 128 qolla zirvədə yer alıb.