Coşqun oynadı, komandası lider oldu

18.08.2024 13:05 344
Dünya futbolu
Türkiyə 1-ci liqasında 2-ci turun oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi "Bandırmaspor" səfərdə "Ankara Keçiörengücü"ü ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 28 yaşlı futbolçu matça start heyətdə başlayıb. Təcrübəli oyunçu 55-ci dəqiqədə əvəzlənib.

2 turdan sonra maksimum nəticə göstərən "Bandırmaspor" "Kocaelispor"la birlikdə turnir cədvəlinin zirvəsində qərarlaşıb.