Coşqun Diniyevin komandası evdə uduzdu

3.02.2024 21:52 187
Dünya futbolu
Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Bodrum"u qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Coşqun bu görüşün iştirakçısı olmayıb. 28 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

21 turdan sonra 24 xal toplayan "Ümraniyespor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.