"Gəncə" Krayovada qələbə axtarışında

4.11.2026 11:34 18
İdman
“Gəncə” bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək.

"Football-plus.az" xəbər verir ki, basketbol komandası Rumıniyanın Krayova şəhərində yerli “Universitatya Krayova” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Xatırladaq ki, “Gəncə” FIBA Avropa Kubokunun C qrupunda keçirdiyi əvvəlki 4 oyunda 1 qələbə qazanıb, 3 məğlubiyyətlə üzləşib. Təmsilçimiz Türkiyə “Esenler Erokspor”una 63:92, Yunanıstan “Kolossos"unana 62:80 hesabı ilə uduzub. Bolqarıstan “Rilski Sportist”i ilə matçda isə texniki məğlubiyyət alıb - 0:20. “Gəncə” son turda Portuqaliya “Sportinq”ini 69:67 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.

“Gəncə” 4 xalla 5-ci, rəqibi “Universitatya Krayova” isə 5 xalla 4-cü pillədə qərarlaşıb.