Coşqun Türkiyə klubunda debüt etdi

12.08.2024 15:36 315
Ölkə futbolu
Millimizin yarımmüdafiəçisi Coşqun Diniyev yeni klubu “Bandırmaspor”da ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, 1-ci liqanın ilk turunun "Erzurumspor"la görüşdə debüt edib.

Coşqun matçın 69-cu dəqiqəsində meydançaya çıxıb. Oyun “Bandırmaspor”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Coşqun Diniyev ötən ay "Bandırmaspor"la 1 illik müqavilə imzalayıb.