Coşqun Diniyev Türkiyədə qol hesabını açdı

8.10.2023 23:43 287
Ölkə futbolu / Manşet
Türkiyə 1-ci liqasında 8-ci tur davam edir.

"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin şərəfini qoruduğu "Ümraniyəspor" "Altay"ın qonağı olub. Yığmamızın üzvünün komandası 3:0 hesablı qələbə qazanıb.

Həmyerlimiz matça start heyətində çıxıb. O, komandasının ilk qolunu vurub. Coşqun 77-ci dəqiqədə əvəzlənib.