Premyer-liqada 11-ci tur "Zəfər turu" elan edildi

4.11.2026 12:58 63
Ölkə futbolu
Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli premyer-liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.

"Football-plus.az" xəbər verir ki, bu haqda PFL açıqlama yayıb.

Bununla bağlı olaraq turun oyunlarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.