Vüsal oynadı, "Boluspor" qalib gəldi

3.02.2024 18:12 194
Dünya futbolu
Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" səfərdə "Ankara Keçiörengücü" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal da bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib.

Xallarını 32-yə yüksəldən "Boluspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.