Rəhim Həsənov Elçin Məsiyevin səhv qərar verdiyini açıqladı - VİDEO

4.11.2026 14:01 27
Ölkə futbolu / Video
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli premyer-liqasının 10-cu turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, o, "Turan Tovuz" - "Sabah", "Şamaxı" - "Neftçi", "Kəpəz" - "İmişli" və "Sumqayıt" - "Şəfa" görüşlərindəki epizodları dəyərləndirib.

Sədr "Kəpəz" - "İmşli" matçının (1:0) baş kakimi Elçin Məsiyevin 34-cü dəqiqədə "İmişli"nin qol vurduğu epizod zamanı səhvə yol verdiyini bildirib. Həsənovun fikrincə, FİFA referisinin həmin vaxt "Kəpəz"in lehinə verdiyi cərimə zərbəsi zamanı qayda pozuntusu olmayıb.

"Sumqayıt" - "Şəfa" matçı da (1:1) mübahisəli hakim qərarı ilə yadda qalıb. Meydan sahiblərinin futbolçusu İsa Suliman top qapıçıları Marko Yohansonda olarkən ona əli ilə toxunub. Baş hakim Nicat İsmayıllı isə qayda pozuntusu qeydə almayıb. "Şəfa"nın futbolçuları buna etiraz etsə də, hakimin qərarı dəyişməyib. Həsənov həmin epizod zamanı əllə təmasın təsadüfi olduğunu və hakimin doğru qərar verdiyini qeyd edib.