“Qarabağ” qorxdu, “Ludoqorets”in qələbəsi rəqibi çəkindirdi” - bolqarlar lağ etdi

13.08.2024 17:11 5 032
Manşet / Çempionlar Liqası
“Qarabağ” bu gün Razqradda “Ludoqorets”i məğlub etməyə, Çempionlar Liqasının pley-offuna vəsiqə qazanmağa çalışacaq.

Məlum olduğu kimi, “köhlən atlar”ın oyunöncəsi məşqi Bakıda baş tutdusa, Qurban Qurbanovun mətbuat konfransı keçirilmədi.

“Football-plus.az”ın məlumatına görə, Ağdam təmsilçisinin qərarı Bolqarıstan mətbuatının lağ obyektinə çevrilib. Həmkarlarımız “Qarabağ”ı qorxaqlıqla suçlayıb.
Bu haqda “Topsport.bg” saytında yer alan xəbərdə qeyd olunur:

“Qarabağ” Razqradda məşq etmədi. Baş məşqçi Qurban Qurbanov da bizim suallarımızdan yayındı. Qərarın hamını təəccübləndirməsi normaldı. Çünki “Ludoqorets”in rəqibi çox güclüdü və cütün favoriti sayılır. Heç kim onlardan belə addım gözləmirdi. Aydındı ki, “Qarabağ” məşqdə “casus” olacağından qorxdu. Görünür, “qartallar”ın Bakıda qazandığı qələbə rəqibi çəkindirdi. Yoxsa avrokubokların ənənəsini pozmazdılar”.

KƏNAN BAHADIR