“Mançester Yunayted” və “Bavariya” arasında aparılan danışıqlar müsbət nəticələnib.
Almaniya klubunun müdafiəçisi Matteys de Liqt karyerasını İngiltərədə davam etdirəcək. “The Athletic” qəzeti MY-nin ona görə 45 milyon avro ödəyəcəyini xəbər verib. Bu mənbəyə görə, De Liqt “Bavariya”ya bonus kimi daha 5 milyon avro qazandıra bilər.
24 yaşlı niderlandlı müdafiəçinin yeni klubu ilə “5+1 il” sxemi üzrə anlaşdığı da məlum olub. Matteys “Bavariya”ya 2022-ci ildə “Yuventus”dan keçib.