“Bavariya”nın müdafiəçisi Matteys de Liqt “Mançester Yunayted”lə uzunmüddətli müqavilə ilə bağlı razılığa gəlib.
“Sky Sport Germany”nin məlumatına görə, futbolçu İngiltərə klubuna keçməkdə qərarlıdı. “Bavariya” rəhbərliyi isə iki il əvvəl “Yuventus”dan 67 milyon avroya aldığı 24 yaşlı müdafiəçinin gedişinə mane olmayacaq.
Qeyd edək ki, De Liqtin agenti Rafael Pimenta müqaviləni yekunlaşdırmaq üçün klublarla danışıq aparır. O, MY və “Bavariya” arasında transferlə bağlı razılaşmanın reallaşmaq ehtimalını yüksək dəyərləndirib.