Münheni tərk edəcək

12.08.2024 13:09 353
Dünya futbolu
Alfonso Devis tezliklə Münheni tərk edəcək.

“Bavariya” rəhbərliyi müdafiəçinin bu yay satılmasına qərar verib. “Sport.es”in məlumatına görə, kanadalı futbolçunun müqaviləsinin müddəti 2025-ci ilin yayında sona çatacağı üçün belə qərar qəbul edilib. Münhen klubu Devis ilə bir ildən sonra havayı vidalaşmaq istəmir.

Son günlər “Real”ın 23 yaşlı oyunçu ilə maraqlanması haqda xəbərlər dolaşır.