Münheni tərk edəcəklər

15.05.2024 14:30 145
Dünya futbolu
İki futbolçu mövsümün sonunda “Bavariya”dan ayrılacaq.

Münhen klubunun mətbuat xidmətinin məlumatına görə, 35 yaşlı kamerunlu hücumçu Erik Çupo-Motinq və 32 yaşlı seneqallı müdafiəçi Buna Sarr yayda komandanı azad agent kimi tərk edəcəklər. Futbolçularla vida mərasimi “Volfsburq”la ev oyunundan (2:0) əvvəl baş tutub.

“Bavariya”da 122 oyun keçirən Erik 38 qol vurub, 13 məhsuldar ötürmə edib. Sarr isə 4 mövsüm ərzində 33 matça çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.