“Real” onunla razılığa gəldi

28.02.2024 22:10 157
Dünya futbolu
Alfonso Devis bir neçə aydan sonra “Bavariya”nı tərk edə bilər. Bu haqda “The Athletic” qəzeti məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, bu mənbəyə görə, kanadalı müdafiəçi artıq “Real” ilə şifahi razılığa gəlib. Devisin İspaniya klubuna keçidi üçün iki variantın olduğu da qeyd edilir: “Real” rəhbərliyi Alfonsonu bu yay bazar dəyərindən bir qədər ucuz qiymətə transfer etməyə hazırdı, bu variant baş tutmayacağı halda isə onu 2025-ci ildə azad agent kimi sıralarına qatacaq. Amerikalının “Bavariya” ilə müqaviləsinin müddəti məhz həmin il iyunun 30-da sona çatacaq.

Devis Almaniya klubunda 2018-ci ildən çıxış edir. O, indiyədək bundesliqada 124 oyuna 7 qol vurub.