38 ildən sonra milli komandaya qayıtdı

9.08.2024 18:31 370
Dünya futbolu
Rumıniya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Bu posta Mirça Luçesku təyin olunub. Rumıniya Futbol Federasiyasının saytının yaydığı xəbərə görə, 79 yaşlı mütəxəssislə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Luçeskunun sonuncu iş yeri Kiyev “Dinamo”su olub. Rumıniyalı çalışdırıcı daha əvvəl 1981-86-cı illərdə ölkəsinin milli komandasının baş məşqçi vəzifəsində işləyib.