Luçesku fəaliyyətini dayandırmalı oldu

24.04.2023 17:12 270
Dünya futbolu
Mirça Luçesku fəaliyyətini dayandırmalı olub.


"Football-plus.az" xəbər verir ki, Kiyev “Dinamo”sunun baş məşqçisi ayağından əməliyyat olunacağı ilə əlaqədar xəstəlik məzuniyyətinə getdiyini bildirib. Onun səlahiyyətlərini Aleksandr Şovkovski yerinə yetirəcək.

Luçesku “Dinamo”nu 2020-ci ildən çalışdırır. Rumıniyalı mütəxəssisin Ukrayna klubu ilə müqaviləsinin müddəti 2024-cü ilə qədər nəzərdə tutulub.