La Liqada yeni təyinat

2.06.2022 21:32 579
Dünya futbolu
“Espanyol”un yeni baş məşqçisi müəyyənləşib.

İspaniya klubunun saytının yaydığı xəbərə görə, bu vəzifəyə Dieqo Martines təyin edilib. 41 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb. Martinesin sonuncu iş yeri 2018-21-ci illərdə çalışdırdığı “Qranada” olub.

Xatırladaq ki, “Espanyol” 2021/22 mövsümündə La Liqanı 14-cü yerdə başa vurub.