Milli komandada yeni təyinat

12.07.2024 20:06 314
Dünya futbolu
Uels yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Uels Futbol Assosiasiyasının saytının yaydığı məlumata görə, bu vəzifəyə Kreyq Bellami təyin edilib. Onunla müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. 44 yaşlı mütəxəssis istefaya göndərilən Rob Peyci əvəzləyib.

Qeyd edək ki, Bellaminin sonuncu iş yeri “Bernli” olub.