Mirça Luçesku məşqçilik karyerasını bərpa edə bilər.
“Football-plus.az” xəbər verir ki, təcrübəli mütəxəssisin yenidən Rumıniya yığmasını çalışdırmaq imkanı var. Son xəbərdə onun yerli futbol federasiyası ilə apardığı danışıqların sona çatmaq üzrə olduğu qeyd edilir.
Qeyd edək ki, Luçesku 1981-86-cı illərdə ölkəsinin əsas komandasına başçılıq edib. 79 yaşlı məşqçinin sonuncu iş yeri Kiyev “Dinamo”su olub.