"Neftçi" futbolçusunu yenidən icarəyə verdi

9.08.2024 14:51 349
Ölkə futbolu
“Neftçi” yetirməsi İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, onun sözləşməsi 2026-cı ilin iyununa qədərdir.

Müqavilənin ardınca gənc futbolçu bu mövsümün sonunadək “Turan Tovuz” klubuna icarəyə göndərilib.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi ötən mövsüm də icarə əsasında "Turan Tovuz"da çıxış edib.