“Neftçi” gənc futbolçusu ilə müqavilənin müddətini uzadıb

28.08.2023 17:11 212
Ölkə futbolu
“Neftçi” gənc futbolçusu İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini uzadıb.

“Football-plus.az” xəbər verir ki, Bakı klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər olan sözləşmənin müddəti daha 1 illik uzadılıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan İsmayıl Zülfüqarlı əsas komandada keçirdiyi 5 mövsüm ərzində 63 oyunda meydana çıxıb, 4 qola imza atıb.