"Neftçi"nin 2 futbolçusu "Turan Tovuz"da

30.06.2022 22:41 377
Premyer-liqa
“Neftçi” futbolçular – Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə - 2023/24 mövsümünün sonunadək artırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, hər iki yarımmüdafiəçi 2022/23 mövsümünün sonunadək “Turan Tovuz” klubuna icarəyə verilib.

2021-ci ilin yayında transfer olunmuş Nəcəfov 26 oyunda forma geyinib. Son iki mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Vəlizadə isə 2018-2020-ci illər ərzində “Neftçi”nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.