“Qarabağ” – “Səbail” matçının biletləri satışda - QİYMƏTLƏR

10.03.2023 16:08 532
Maraqlı
Misli premyer-liqasının 26-cı turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Martın 11-də keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 18.00-da başlayacaq.