"Qəbələ" - "Omoniya" matçının biletləri satışa çıxarılıb

23.07.2023 17:53 338
Konfrans Liqası
Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də keçiriləcək "Qəbələ" - "Omoniya" matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir. Azarkeşlər biletləri "Qəbələ Hotel"də yerləşən fan-mağazadan əldə edə bilərlər.