"Hekken" - "Qarabağ" matçının biletləri satışda

26.09.2023 11:55 442
Avropa Liqası
Avropa Liqasının H qrupunun 2-ci turunun “Həkken” – “Qarabağ” matçına bilet satışı davam edir.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektor və kateqoriyadan asılı olaraq 230-415 İsveç kronu (təxminən 35-65 AZN) arasında dəyişir.

"Həkken" - "Qarabağ" oyunu oktyabrın 5-də Göteborqdakı "Ullevi" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.