Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21.00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyununun biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti 3 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edir. Həmin biletləri onlayn formada və ya 8-ci km stadionunun kassalarından almaq mümkündü.