Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Rakuv” (Polşa) oyununun biletləri satışa çıxarılır.
“Football-plus.az” xəbər verir ki, iyulun 25-i saat 14.00-dan satışa çıxarılacaq. Avqustun 2-də saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.