“Neftçi”nin yetirməsi “Qəbələ” ilə anlaşdı – Özəl

5.08.2024 16:10 952
Aktual / Ölkə futbolu
Ötən mövsümün sonunda “İmişli”dən ayrılan Elvin Yunuszadənin yeni komandası bəlli olub. Xeyli müddətdi klubsuz qalan Yunuszadə yenidən 1-ci liqada mübarizə aparacaq.

“Football-plus.az-ın məlumatına görə, “Neftçi”nin yetirməsi “Qəbələ” ilə anlaşıb. 31 yaşlı müdafiəçiylə birillik müqavilə imzalanıb. O, artıq düşərgədədi və yeni komandasında məşqlərə qoşulub.

Qeyd edək ki, Yunuszadə daha öncə “İrəvan”, “Simurq”, “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz” də forma geyib. Bundan başqa, təcrübəli müdafiəçi “Çelik”(Bosniya və Hersoqovina) və “Şkupi”də (Şimali Makedoniya) legioner həyatı yaşayıb.

RÖYANƏ OĞUZ