Elvin Yunuszadə hansı premyer-liqa klubuna keçir?

19.06.2024 16:00 460
Ölkə futbolu / Manşet
“İmişli” ilə vidalaşan Elvin Yunuszadə özünə yeni klub tapmaq üzrədi.

Belə ki, futbolçunun təcrübəsindən yararlanmaq istəyən 1-ci liqa təmsilçiləri olsa da, onu heyətinə cəlb etməkdə maraqlı olan elita klubları da var. Vaxtilə “Qarabağ” , “Neftçi”, “Sabah”, “Səbail” kimi premyer-liqa klublarında çıxış edən müdafiəçi yenidən eyni həyəcanı yaşaya bilər. “Şamaxı” və  ya “Araz-Naxçıvan” ilə danışıqlar müsbət yekunlaşarsa, təcrübəli oyunçu karyerasını bunların birində davam etdirəcək.

Bəs Elvinin planları nədi, yenidən premyer-liqa, yoxsa legionerlik arzusundadı? 32 yaşlı oyunçu “Football-plus.az”ın sualının cavabında  bunları bildirdi:
“Hə, danışıqlar gedir. Azərbaycan klublarından müraciət edənlər var. Premyer-liqa klubları ilə danışıq olduğu doğrudu. Hələ rəsmi heç nə yoxdu. Ona görə dəqiq cavab verə bilməyəcəm. Ümumi müzakirələr gedir. Yəqin ki, yaxın günlərdə bilinər”.


RÖYANƏ OĞUZ