Bilindiyi kimi, “İrəvan” AFFA-nın bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırılıb. Mövsümün sonunda komandanı tərk edənlərdən biri də Fərid Kərimzadə idi.
“Football-plus.az” xəbər verir ki, Fəridin növbəti mövsüm harda forma geyəcəyi aydınlaşıb. 27 yaşlı futbolçu bundan sonra MOİK-in uğurları üçün çalışacaq. Kərimzadə ilə birillik müqavilə nəzərdə tutulub.
Qeyd edək ki, “Sumqayıt” yetirməsi olan müdafiəçi ötən il “Araz-Naxçıvan”dan “İrəvan”a transfer olunmuşdu.
RÖYANƏ OĞUZ