"Neftçi"nin sabiq futbolçusu "Səbail"lə anlaşdı

9.07.2024 15:34 391
Ölkə futbolu / Manşet
“Səbail” heyətini yeni futbolçuyla gücləndirib.

“Football-plus.az”ın məlumatına görə “dənizçilər” Mert Çeliklə 1 illik müqavilə bağlayıb. O, müqaviləylə “Başakşehir”ə məxsus olsa da, ötən mövsümü icarə əsasında 1-ci liqa təmsilçisi “Bandırmaspor”da keçirib.

Onu da bildirək ki, müdafiəçi əvvəllər “Neftçi”də forma geyib. Çelik 2020-ci ildə “Başakşehir”dən “Neftçi”yə gəlib və üç il icarə əsasında "ağ-qaralar"ın heyətində çıxış edib.

Qeyd edək ki, türkiyəli oyunçu vaxtilə gənclər və əsas millimizin də şərəfini qoruyub.

RÖYANƏ OĞUZ