"Qarabağ"ın mümkün rəqibi müəyyənləşdi

5.08.2024 15:42 319
Ölkə futbolu
Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq "Qarabağ" (Bolqarıstan) – “Ludoqorets” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.

Məğlub komanda "Petrokub" (Moldova) – TNS (Uels) cütündə qalib gələn kollektivlə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.