Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, "Qarabağ”ın 2-ci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln Red İmps" komandası ilə duelinin qalibinin potensial rəqibi bəlli olacaq. Cüt püşk zamanı səpələnmişlər sırasında yer alacaq. Bu cütün məğlubu Avropa Liqasının 3-cü təsnifat mərhələsində iştirak edəcək. Mümkün rəqib bu gün baş tutacaq püşkatmada müəyyənləşəcək.
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14.00-da başlayacaq. Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.