"Qarabağ" "Sürix"ə uduzarsa, bu rəqiblərdən biri ilə qarşılaşacaq

18.07.2022 15:28 717
Avropa Liqası
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Football-plus.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" cütünün məğlubunun rəqibi də müəyyənləşib. Bu duelim məğlubu "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün uduzanı ilə qarşılaşacaq.

İlk oyun avqustun 4-də səfərdə, cavab görüşü avqustun 11-də evdə keçiriləcək.