Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
"Qarabağ" 2-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln Red İmps” klubunu keçərsə, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.