"Sabah"ın KL-nin 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bilindi

22.07.2024 16:28 363
Ölkə futbolu
"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

"Bayquşlar" turnirin 2-ci təsnifat mərhələsində "Makkabi" (İsrail) səddini aşacağı təqdirdə, "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.