"Zirə" və "Sabah"ın potensial rəqibləri bilinir

5.08.2024 11:04 350
Konfrans Liqası
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. Mərasimdə təmsilçilərimizin cütlərinin potensial rəqibləri də müəyyənləşəcək.

"Zirə" - "Osiyek" (Xorvatiya) və "Sabah" - "Sent-Patriks Atletik" (İrlandiya) cütləri səpələnməmişlər səbətində yer alacaq.

Qeyd edək ki, "Zirə" və "Sabah" 3-cü təsnifat mərhələsindəki ilk oyunlarını avqustun 8-də səfərdə, cavab görüşlərini isə avqustun 15-də evdə keçirəcəklər.