"Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə endi

15.07.2022 23:01 721
Çempionlar Liqası
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.

"Football-plus.az" saytının məlumatına görə, ağdamlılar "Sürix" səddini keçərsə, "səpələnmişlər" səbətində yer alacaq.

"Qarabağ"ın potensial rəqibləri "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya), "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütlərinin qalibləri, həmçinin "Apollon" (Limassol, Cənubi Kipr) olacaq.
İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14.00-da başlayacaq. 3-cü mərhələnin oyunları avqust 2-3-də və avqustun 9-da keçiriləcək.