• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Seltik” yenə zirvədə qaldı - TƏHLİL

Dünya futbolu

5-08-2024, 10:0

Şotlandiya çempionatının 2023/24 mövsümü çempionluq yarışında intriqanın bir qədər güclənməsi ilə yadda qaldı.

“Reyncers” üç ildən sonra titulu geri qaytarmaq üçün çox çalışdı, lakin məşqçi korpusu yenilənən “Seltik” azarkeşlərinə növbəti böyük bayram yaşatdı.

Rocers qayıtdı və “dubl” etdi
2021/22 və 2022/23 mövsümlərində çempion olan “Seltik”in Angelos Postekoğlunun başçılığı altında keçirdiyi son mövsüm daha uğurlu alınmışdı. Avstraliyalı mütəxəssis Qlazqonu daxili “trebl” ilə tərk etmişdi. Onun 2023-cü ilin yayında “Tottenhem”dən aldığı təklifi müsbət cavablaması rəhbərliyi çətinə salsa da, problem ən yaxşı halda yoluna qoyuldu: komandaya tanış sima dəvət olundu. Daha doğrusu, Brendan Rocers 4 ildən sonra Şotlandiyanın paytaxtına geri çağırıldı. Şimali irlandiyalı mütəxəssis 2016-19-cu illərdə “Seltik”də uğurlu fəaliyyəti ilə yadda qalmışqdı: iki çempionluq, üç ölkə və üç Liqa kubokunu qazanmışdı.
Bu nailiyyətlərə görə bir amilə göz yummaq olardı.

Bilindiyi kimi, “Seltik” yalnız Şotlandiya deyil, həm də İrlandiya və katoliklərin klubu kimi tanınır. Doğrudu, son vaxtlar protestantların rəğbət bəslədiyi “Reyncers” ilə rəqabətdə din amili bir qədər ikinci plana keçib. Amma “Seltik Park”da protestantlara yenə də rəhm edilmir. Maraqlıdı ki, İrlandiya ilə müqayisədə Şimali İrlandiyada əhalinin çox hissəsi protestant məzhəbinə üstünlük verir. Rocers də onların sırasındadı. Amma 51 yaşlı məşqçi yaxın keçmişdə qazandığı uğurlarla “Seltik” azarkeşlərinin qəlbinə yol tapa bilib. Hə, o, “yaşıl-ağ”ların rəğbətini Qlazqodan kənarda yaşayarkən dəfələrlə Roma katolik kilsəsinə baş çəkməsinə görə də qazanmışdı. Buna görə Şotlandiya və İrlandiyanın paytaxtında sevilən Rocers Belfastda (Şimali İrlandiyanın paytaxtı) özü üçün kifayət qədər narazı kütlə toplamışdı.

2019-23-cü illərdə “Lester”i çalışdıran britaniyalının köhnə-təzə komandasının son mövsümdə də güclü olduğu ilk turlardan hiss olunurdu. “Yaşıl-ağlar” mövsümün ilk 4 ayında keçirdikləri oyunlardan üçünü heç-heçə başa vurdu, qalanlarında qalib gəldilər. Qlazqo derbisində “Reyncers” 1:0 hesabı ilə məğlub edildi, özü də “Aybroks”da! Amma ölkə çempionunda sonradan bir qədər arxayınlıq hiss olundu və “Seltik” iki matçı məğlub başa vurdu. Lakin zaman bunun müvəqqəti eniş olduğunu göstərdi. Qalan oyunlardan yalnız birində uduzan “keltlər” 54-cü dəfə Şotlandiya çempionu oldular. Çempionatı 93 xalla başa vuran “Seltik” ən çox (95) qol vuran və ən az (30) top buraxan komanda oldu. Rocersin komandası Şotlandiyada daha bir kubok qazandı. “Zolaqlılar” ölkə kubokunun finalında əzəli rəqibi “Reyncers”i 1:0 hesabıyla məğlub edərək mövsümü “dubl” ilə başa vurdular!

“Reyncers”in təsəllisi Liqa kuboku oldu
2020/21 mövsümündə “Reyncers”i 102 xalla çempionluğa daşıyan Stiven Cerrardın vətəni İngiltərədən aldığı təklifi qəbul etməsi komandaya təsirsiz ötüşməmişdi: 43 yaşlı mütəxəssisin “Aston Villa”nın başına keçməsi sonda “göylər”in titulu itirməsinə səbəb olmuşdu. Rəhbərliyin hələ 2021-ci ilin noyabrında Cerrardın yerinə baş məşqçi təyin etdiyi niderlandlı Covanni van Bronkhorstun “Reyncers” macərası bir il çəkmişdi. Onun yerini tutan ingiltərəli Maykl Bil son mövsümdə də komandanın başında idi.

Postekoğlunun Londona yollanması “Aybroks”da az-çox nikbinliyə səbəb olmuşdu. Lakin Şotlandiyanın ən çox – 56 dəfə çempion olan klubu əzəli rəqibinin qələbə seriyasını yenə qıra bilmədi. İlk turdaca “Kilmarnok”a uduzan “göylər” derbidə də uğursuzluğa düçar oldular. Öz meydanında “Aberdin”ə məğlubiyyət isə Bilin istefaya göndərilməsini qaçılmaz etdi.

Qlazqo nəhəngi Filipp Klemana həvalə edildi. “Brügge” və “Monako”dakı fəaliyyəti ilə tanınan belçikalı vəziyyəti kifayət qədər yaxşılaşdırmağı bacardı. “Reyncers” mövsümün gedişində liderliyi də ələ aldı. Lakin yazın gəlişi ilə eniş başladı və komanda yenə azarkeşlərinin ümidini doğrulda bilmədi və “göylər” sonda “Seltik”dən 8 xal geri qalırdılar. Finalda “Aberdin”ə müdafiəçi Tavernyenin qolu ilə qalib gələn “Reyncers” üçün Liqa kuboku kiçik təsəlli oldu. Maraqlıdı ki, o, ardıcıl ikinci mövsüm komandanın ən çox qol vuran oyunçusu ünvanını qazandı. Öz aramızdı, müdafiəçi hücumçudan çox qol vurursa, deməli, ön xətdə işlər qaydasında deyil...

“Livinqston” getdi, “Dandi Yunayted” gəldi
Mövsümün uğursuzu “Livinqston” oldu. Bu komanda çempionşipə düşdü. “Dandi Yunayted” isə birillik fasilədən sonra yenidən premyer-liqada çıxış edəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-07-2023, 23:0

“Seltik” 8-ci dəfə daxili “trebl” etdi!

Dünya futbolu

3-07-2023, 18:0

Rocers yenidən Qlazqo klubunda

Dünya futbolu

5-06-2023, 23:0

8-ci dəfə “trebl” etdilər

Dünya futbolu

12-05-2022, 11:0

"Seltik" 52-ci dəfə ölkə çempionu oldu

Dünya futbolu

24-11-2023, 13:0

UEFA “Seltik”ə 3-cü dəfə cərimə kəsdi

Dünya futbolu

18-10-2023, 13:0

“Reyncers”ə təyinat aldı

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
Daha çox
Oxunub: 223
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 137
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə