MMA döyüşçümüz Fərman Həsənov UFC-də növbəti görüşünə çıxıb.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı idmançı Las-Veqasda təşkil olunan “UFC Fight Night 292” turnirində Jan-Pol Lebosnoyani ilə üz-üzə gəlib.
77 kq çəki dərəcəsində baş tutan döyüşdə azərbaycanlı idmançı məğlub olub.
İkinci raundda Həsənovun sol gözü ətrafında ciddi kəsik yaranıb. Üçüncü raundda həkim idmançımızın görüşü mübarizəni davam etdirməsinə icazə verməyib. Nəticədə referi 2-ci dəqiqə 11-ci saniyədə qarşılaşmanı dayandırıb və Lebosnoyan texniki nokautla qalib elan olunub.
Bu, Fərman Həsənovun UFC-də ikinci döyüşü və peşəkar karyerasında ilk məğlubiyyəti olub.
Fərman Həsənov UFC döyüşündə uduzdu
İdman





