Cüdo üzrə U-23 millimiz İtaliyanın Neapol şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında ölkələr üzrə medal sıralamasının qalibi olub.
"Football-plus.az" xəbər verir ki, təmsilçilərimiz üç qızıl medalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutublar.
Millimizin heyətində İslam Rəhimov (66 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) Avropa çempionu adını qazanıblar.
Rəhimov və Nəsibov ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qızıl medalına sahib çıxıblar.
Azərbaycan medal sıralamasında iki qızıl və iki gümüş medal qazanan İtaliyanı ikinci, iki qızıl və bir bürünc medalı olan İsraili isə üçüncü pillədə qoyub.
Bu gün Avropa çempionatının qarışıq komandalar üzrə yarışları keçiriləcək.
Millimiz Avropa çempionatını birinci sırada başa vurdu
İdman




