Millətlər Liqasının D liqasındakı durumdan xəbərdarsız. Yığmamız oktyabrın 4-də “Palms Sport Arena”da Litvanı məğlub etməklə qrupda liderliyə yüksəlib. Amma…
“Football-plus.az” “Sportify.az”a istinadla xəbər verir ki, UEFA həmin oyundan sonra AFFA-ya oyun meydançasının vəziyyəti və topdaşıyan uşaqların davranışı ilə bağlı xəbərdarlıq edilib.
Maraqlıdı, qitə futbol qurumu konkret nədən narazıdı? Bu suala cavab tapmaq üçün AFFA-nın mətbuat katibi Aidə Əliyeva ilə əlaqə saxladıq. Ancaq o, bu məsələdən xəbərdar olmadığını, bazar ertəsi sualımızı cavablaya biləcəyini dedi.
İSRAYIL XEYRULLAYEV
UEFA AFFA-ya xəbərdarlıq edib?
Ölkə futbolu / Manşet





