Simiç "Vikinq"ə qarşı oynaya bilməyəcək? - zədəli serbin son durumu açıqlandı

1.11.2026 11:00 126
Avrokuboklar / Manşet
"Sabah"ın aparıcı futbolçularından biri olan Velko Simiç zədəlidi.

Bilindiyi kimi, serbiyalı futbolçu "bayquşlar"ın heyətində Misli premyer-liqasının 9-cu turunda "Qarabağ"la oyunda sıradan çıxıb. Matçı sona qədər davam etdirə bilməyən oyunçu 72-ci dəqiqədə Kristian Nvaçukvu ilə əvəzlənib. Onun adı 10-cu turun "Turan Tovuz"a oyununda iştirak ərizəsinə salınmayıb.

Bəs, Simiçin son durumu necədi? 31 yaşlı yarımmüdafiəçi "Vikinq"in qonağı olacaq "Sabah"ın heyətində Norveçə yollana biləcəkmi? Belə olacağı təqdirdə meydana çıxmaq ehtimalı nə qədərdi?

Bu sualları "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Onun "Football-plus.az"a cavabı:

"Velko Simiçin yüngül zədəsi var. Futbolçu komanda ilə birgə Çempionlar Liqasında "Vikinq"ə qarşı keçiriləcək qarşılaşma üçün səfərə yolnanacaq. Amma oynayıb-oynamayacağına məşqçilər korpusu qərar verəcək. Hər şey hazırlıq səviyyəsindən asılı olacaq".

Xatırladaq ki, Simiç cari mövsümdə Çempionlar Liqasında keçirdiyi 11 matçda 6 qol, 1 məhsuldar ötürməyə imza atıb. Serbiyalı premyer-liqada 6 oyunda 2 dəfə rəqib qapısına yol tapıb.

KƏNAN BAHADIR