İtaliya B seriyasında 9-cu turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, U-21 yığmamızın forvardı Lorenzo Mezzoteronun da formasını geydiyi “Sampdoriya” evdə “Virtus Entella” ilə qarşılaşıb. Genuya təmsilçisi bu görüşdə 2:0 qalib gəlib.
Mezzotero 17-ci dəqiqədə, hesab 0:0 olarkən meydana çıxıb və 42-ci dəqiqədə özü başladığı hücumu qolla tamamlayıb.
Bu isə onun peşəkar səviyyədə klub karyerasında ilk qol kimi tarixə keçib. Lorenzo 90-cı dəqiqədə əvəzlənib. “Sampdoriya” 8 xalla 18-ci pillədədi.
Mezzotero İtaliyada qol vurdu
Dünya futbolu





