“Seltik”də baş məşqçi problemi həllini tapıb. Şotlandiya klubunun bu postuna sabiq çalışdırıcısı təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, komandanı son iki ildə ölkə çempionluğuna daşıyan Angelos Postekoğlu “Tottenhem”dən aldığı təklifi qəbul etmişdi. Yunan mütəxəssisin yerini Brendan Rocers tutub. Onunla bağlanan müqavilənin müddəti 3 illikdi.
Xatırladaq ki, Rocers Qlazqo klubunu ilk dəfə 2016-19-cu illərdə çalışdırıb. Sonra təxminən 4 il “Lester”ə başçılıq edib.