Xatırladaq ki, "bayquşlar" noyabrın 4-dən 5-ə keçən gecə, saat 00.00-da Norveç təmsilçisi ilə qarşılaşacaq. Artıq "Sabah"ın bu oyunla bağlı səfər planı bəllidi. Bu barədə "Football-plus.az"a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib:
"Komanda Norveçə bazar ertəsi günorta saatlarında çarter reysi ilə yollanacaq. Baş məşqçimiz Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı noyabrın 3-də, Norveç vaxtı ilə saat 18.30-da (Bakı vaxtı ilə 21.30-da), komandanın açıq məşqi isə 19.00-da (Bakı vaxtı ilə 22.00-da) başlayacaq".
KƏNAN BAHADIR





